BAKI, 20 mart. TELEQRAF
İran ordusu dünən gecədən bəri ölkə səmasında ABŞ və İsrailə məxsus dörd təyyarəni məhv etdiyini iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin qərargahının bəyanatında bildirilir.
İran dövlət televiziyasında yayımlanan açıqlamada deyilir: "İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dünən gecədən bəri ölkəmizin səmasında dörd düşmən təyyarəsini məhv edib".
Bəyanatda qeyd olunan təyyarə növləri barədə hələlik heç bir məlumat yoxdur.