BAKI, 20 mart. TELEQRAF

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ölkə ərazisinə ümumilikdə 16 mindən çox zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İsrail Müdafiə Ordusunun məlumatlarına istinadən yazıb.

Bildirilir ki, ABŞ hərbçiləri azı 7,8 min hədəfi vurub, həmçinin İranın 120-dən çox gəmisini zədələyib və ya məhv edib. İsrail isə təxminən 8,5 min zərbə endirib. Bundan əlavə, İsrail Livanda da təxminən 2 min hədəfi vurub.