BAKI, 19 mart. TELEQRAF
İran "Gerçək vəd-4" əməliyyatının 65-ci mərhələsində ən son "Nəsrullah" raketlərindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd olunur ki, raketlər ilk dəfə bu əməliyyat zamanı istifadə edilib və İsrail infrastrukturuna qarşı digər silah növləri ilə birlikdə atılıb.