BAKI, 19 mart. TELEQRAF

İranın Xəzər dənizindəki bütün donanması məhv edilib.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu ölümü barədə yayılan şayiələrə qısa cavab verib: "Mən sağam".

"İsrail və ABŞ bütün Yaxın Şərqi və cəsarətlə deyə bilərəm ki, bütün dünyanı müdafiə edir" - Netanyahu deyib.

Onun sözlərinə görə, İran artıq uranı zənginləşdirə və ballistik raketlər istehsal edə bilmir.

"İran ən zəif dövrünü yaşayır. İsrail isə əksinə, dünyada güc mərkəzlərindən birinə çevrilib" - Netanyahu qeyd edib.