BAKI, 19 mart. TELEQRAF
İŞİD terror qruplaşması İran ətrafındakı münaqişədən istifadə edərək bölgədəki mövqeyini yenidən möhkəmləndirir.
Teleqraf xəbər verir ki, bunu Şimali İraqdakı kürd yaraqlıların (Peşmərgə) komandiri Rəsul Ömər Lətif "Welt" televiziya kanalına bildirib.
Onun sözlərinə görə, İŞİD bərpa mərhələsindədir, vəziyyəti izləyir və yenidən hücumlar həyata keçirmək üçün fürsət gözləyir: "Onlar Əfqanıstanda və Suriyada təlim keçərək döyüş təcrübəsi qazanıblar. İŞİD hazırda şəhərlərdə və vadilərdə qruplara bölünüb. Onlar yatmış hücrələrdir və öz vaxtlarını gözləyirlər".
Peşmərgə komandirinin sözlərinə görə, İŞİD əsasən İraqın Kərkük, Mosul və Tuz Xurmatu şəhərləri ətrafındakı ərazilərdə və İraqın şimalında yerləşən Səlahəddin əyalətində fəaliyyət göstərir.