BAKI, 14 mart. TELEQRAF
BMT-nin Livanın cənubundakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mövqeyi atəşə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə sülhməramlı missiyanın sözçüsü Kendis Adrel bildirib.
"Dünən gecə Mays əl-Cəbəl yaxınlığındakı obyektlərimizdən biri, ehtimal ki, ağır pulemyot atəşi nəticəsində zədələndi və yanğına səbəb oldu", - deyə o bildirib.
Hücum nəticəsində sülhməramlılardan biri yaralanıb.