BAKI, 14 mart. TELEQRAF

Bəzi ölkələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək niyyətindədirlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində yazıb.

"Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamasından təsirlənən ölkələr ABŞ ilə birlikdə Hörmüz boğazını yenidən açmaq və təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərəcəklər" - deyə ABŞ Prezidenti qeyd edib.

O, Birləşmiş Krallıq, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı da bu əməliyyatda iştiraka çağırıb.