BAKI, 14 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına - "Citibank"ın Dubay və Manamadakı filiallarına hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini məlumat yayıb.

O bildirib ki, hücum ABŞ-nin İran banklarını hədəf almasına cavabdır: "Əgər ABŞ bu addımı təkrarlasa, bölgədəki Amerika banklarının bütün filialları bizim qanuni hədəfimiz olacaq".