BAKI, 14 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilində yerləşən Fuceyra Liman İdarəsi pilotsuz təyyarə hücumu və sonrakı yanğından sonra bəzi neft əməliyyatlarını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edək ki, Fuceyra limanına hücum ABŞ qüvvələrinin İranın Xarq adasına hücumundan sonra baş verib.