BAKI, 14 mart. TELEQRAF

Kiyevin İsraili dəstəkləməsi Ukraynanə İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrib.

Teleqraf xəbər verir ki, bunu İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib.

O, X-də yazıb: "Məğlub Ukrayna İsrail rejimini PUA-larla dəstəkləməklə faktiki olaraq müharibəyə cəlb edildi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, onun bütün ərazisi İran üçün qanuni hədəfə çevirilib".

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, Ukrayna İran dronlarına qarşı mübarizə ilə bağlı məsləhət vermək üçün Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına hərbi mütəxəssislər göndərəcək.