BAKI, 14 mart. TELEQRAF
İsrail Müdafiə Qüvvələri İran Kosmik Agentliyinin əsas tədqiqat mərkəzinin və hava hücumundan müdafiə sistemləri istehsalı zavodunun məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, İsrail ordusunun məlumatında qeyd olunur: "Dünən axşam İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən onlarla İran infrastruktur obyektinə zərbələr endirib. Əməliyyat zamanı İranın əsas kosmik tədqiqat mərkəzi məhv edilib. Mərkəzdə tədqiqatlar üçün istifadə edilən strateji laboratoriyalar, o cümlədən müşahidə, kəşfiyyat məlumatlarının toplanması və Yaxın Şərqdəki hədəflərə atəşin yönəldilməsi də daxil olmaqla müxtəlif məqsədlər üçün hərbi peyklərin hazırlanması həyata keçirilirdi".