Şri-Lanka sahillərində ABŞ sualtı qayığının İran freqatı IRIS Dena hücumu nəticəsində həlak olan 84 dənizçinin cəsədi xüsusi reyslə İrana qaytarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 84 qurbanın hamısının cəsədi martın 13-də İran səfirliyinə təhvil verilib və Şri-Lankanın Matala Beynəlxalq Hava Limanından həyata keçirilən Türkiyə aviaşirkətinin çarter reysi ilə vətənlərinə aparılıb. Təyyarənin eniş yeri açıqlanmayıb.

Ölən dənizçilərin cəsədləri Şri-Lankanın cənubundakı Qalle əyalətindəki məhkəmənin qərarı ilə Kolombodakı İran səfirliyinə təhvil verilib.

Qeyd edək ki, 130 nəfəri daşıyan İran freqatı IRIS Dena 4 martda Şri-Lanka sahillərində ABŞ sualtı qayığı tərəfindən hücuma məruz qaldıqdan sonra batıb. Şri-Lanka Hərbi Dəniz Qüvvələri hamısı İran vətəndaşı olan 32 heyət üzvünü xilas edərək xəstəxanaya yerləşdirməyi bacarıb. Sudan 84 cəsəd çıxarılıb. Heyətin qalan üzvləri isə itkin düşüb.