BAKI, 14 mart. TELEQRAF
ABŞ İranın sahil infrastrukturuna zərbələr endirməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.
Onun sözlərinə görə, ABŞ İranın hərbi potensialı tamamilə məhv edib: "Tehran hələlik yalnız dron və raket zərbələri endirmək qabiliyyətini saxlayıb. ABŞ İranın sahil xəttinə zərbələr endirməyə davam edəcək və onun qayıqlarını, gəmilərini məhv edəcək".