BAKI, 14 mart. TELEQRAF
İranın Buşehr əyalətinin qubernator müavini bildirib ki, ABŞ və İsrailin Xarq adasına hücumuna baxmayaraq, neft şirkətlərinin ixrac terminalındakı əməliyyatları normal davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "Pars Today" qəzeti məlumat yayıb.
Qubernator müavininin sözlərinə görə, hazırda ixrac və idxal prosesləri, eləcə də adada yerləşən şirkətlərin işi davam edir.
Qəzet yazır ki, "Sakinlərin gündəlik həyatı və fəaliyyətləri də dəyişkən vəziyyətdədir. Zərbələr nəticəsində hərbçilər, şirkət işçiləri və Xarq adasının sakinləri arasında insan tələfatı qeydə alınmayıb".
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı Xarq adasında 90-dan çox İran hərbi obyektinin uğurla məhv edildiyini açıqlamışdı.