BAKI, 13 mart. TELEQRAF

İsrail ordusu 13 martda İsrail Hərbi Hava Qüvvələrinin İranda 150 hərbi hədəfə zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "Gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İranın qərbində və mərkəzində 150-dən çox hərbi hədəfə hücum edib. Hədəflər arasında silah anbarları, onlarla ballistik raket və buraxılış qurğusu, eləcə də pilotsuz təyyarə anbarları, hava hücumundan müdafiə sistemləri və silah istehsalı müəssisələri olub".