BAKI, 13 mart. TELEQRAF
ABŞ və İsrailin hücumları nəticəsində İranda 220-dən çox qadın və 200-dən çox uşaq ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi İran Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Ölən uşaqlardan 12-si 5 yaşdan kiçik olub.
2729 qadın və 1190 azyaşlı yaralanıb.
Zərbələr nəticəsində 152 tibb mərkəzi və 32 təcili yardım maşını zədələnib, altı xəstəxanadan xəstələr tamamilə təxliyə edilib, 16 tibb işçisi vəzifə başında həlak olub.