BAKI, 6 mart. TELEQRAF

Türkiyənin Antalya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yeraltı təkanlar 12,5 km dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfat barədə hələlik məlumat verilməyib.