BAKI, 6 mart. TELEQRAF
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30 MKI qırıcısı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, qəza təlim uçuşu zamanı Assam ştatının Karbi-Anqlonq rayonunda baş verib.
Hadisə nəticəsində təyyarədə olan hər iki pilot həlak olub.