BAKI, 6 mart. TELEQRAF

İran uzunmüddətli qarşıdurmaya hazırdır və hərbi əməliyyat çərçivəsində yeni addımlar planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, Tehran müharibənin uzun sürməsi ehtimalına hazırdır.

“Biz təcavüzkar cəzalandırılana qədər uzunmüddətli müharibəyə hazırıq”, - deyə Naininin sözlərini "Tasnim" agentliyi sitat gətirib.

General bildirib ki, qarşı tərəf əməliyyatın hər mərhələsində ciddi və ağrılı zərbələr gözləməlidir.

O həmçinin qeyd edib ki, İran hərbi əməliyyat çərçivəsində yeni təşəbbüslər hazırlayır.

“İranın yeni təşəbbüsləri və silahları artıq yoldadır və hələ geniş şəkildə tətbiq olunmayıb”, – deyə o əlavə edib.