BAKI, 6 mart. TELEQRAF
İraq Kürdüstanında yerləşən Sarsanq neft yatağında pilotsuz uçuş aparatlarının hücumundan sonra hasilat dayandırılıb.
Teleqraf xəbər verir ki, məlumata görə, ABŞ-nin “HKN Energy” şirkəti tərəfindən istismar olunan yatağa iki döyüş pilotsuz uçuş aparatı hücum edib.
İraq Kürdüstanının Neft Nazirliyinin təhlükəsizlik üzrə müşaviri Karvan Baban bildirib ki, hücum nəticəsində istehsal infrastrukturu zədələnib və şirkət neft hasilatını dayandırmaq qərarı verib.
“İki pilotsuz uçuş aparatı yatağa hücum edib. Nəticədə istehsal güclərinə ziyan dəyib və şirkət neft hasilatını dayandırıb”, - deyə Babanın sözlərini “Rudaw” portalı sitat gətirib.
Hadisə nəticəsində xəsarət alan olmadığı qeyd olunur.