BAKI, 2 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Beyrutda və Livanın cənubunda “Hizbullah” hərəkatının nümayəndələrinə qarşı zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında məlumat yayılıb.

“İsrail Müdafiə Qüvvələri Beyrut bölgəsində “Hizbullah”ın yüksək vəzifəli terrorçularına qarşı dəqiq zərbə endirib. Həmçinin Livanın cənubunda əsas terrorçulardan birinə qarşı əməliyyat həyata keçirilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də də İsrail Livanın cənubunda “Hizbullah”a məxsus obyektlərə zərbələr endirmişdi.