BAKI, 2 mart. TELEQRAF

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Qırmızı dəniz, Fars körfəzi və Hind okeanında fəaliyyət göstərən "EUNAVFOR Aspides" missiyasının gücləndiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, dəniz təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə missiyaya əlavə hərbi gəmilər cəlb olunacaq.