BAKI, 2 mart. TELEQRAF
ABŞ-nin əməliyyatlarda İrana qarşı dəstək tapşırıqlarını yerinə yetirən üç "F-15E" qırıcısı Küveyt üzərində təsadüfən vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd edilib ki, Küveyt Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən ABŞ-yə məxsus üç ədəd "F-15E Strike Eagle" tipli qırıcı təyyarə səhvən vurulub.
***
09:09
Küveytdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qəza zamanı pilot vaxtında katapult edə bilib.
