BAKI, 2 mart. TELEQRAF
İordaniya Xarici İşlər və Ekspatriantlarla İş Nazirliyi İranın Ammandakı səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və Tehrana etiraz notası göndərib.
Teleqraf xəbər verir ki, bu barədə İordaniya XİN-in "X" sosial şəbəkəsində yayılan bəyanatında bildirilir.
Qeyd olunub ki, etiraz notası İordaniya ərazisinə və digər ərəb dövlətlərinə qarşı həyata keçirilən hücumlarla əlaqədar təqdim edilib.
Nazirlik vurğulayıb ki, ölkənin təhlükəsizliyinə və suverenliyinə yönələn hər hansı hücum qəbuledilməzdir. Regionda gərginlik davam edir.