BAKI, 2 mart. TELEQRAF
Qüds şəhəri ətrafında İran tərəfindən atılan raketin düşməsi nəticəsində altı nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti “Maqen David Adom” (“Qırmızı Davud Qalxanı”) məlumat yayıb.
Bildirilib ki, raket hücumundan sonra təcili yardım briqadaları təxminən 50 yaşlı bir kişi və daha beş yaralıya tibbi yardım göstərir.