BAKI, 2 mart. TELEQRAF

Kiprdə yerləşən Akrotiri və Dekeliya Britaniya hərbi bazalarının administrasiyası təhlükəsizlik təhdidi elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Cyprus Mail" qəzeti məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq yerli vaxtla gecəyarısına yaxın bazalar ərazisində yayılıb. Mənbələrin bildirdiyinə əsasən, personal mümkün təhlükə barədə məlumatlandırılıb və onlara evlərinə qayıtmaq, növbəti göstərişə qədər qapalı məkanlarda qalmaq tapşırılıb.

Baza ərazisində olanlara pəncərələrdən uzaq durmaq, möhkəm və ağır mebellərin arxasında və ya altında sığınmaq tövsiyə edilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.