BAKI, 2 mart. TELEQRAF
İraqın mərkəzi hissəsində İran yönümlü şiə silahlı birləşməsi “Əl-Haşd əş-Şaabi”nin qərargahı aviazərbəyə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Ash-Sharq” telekanalı məlumat yayıb.
Məlumata görə, İraqın Babil əyalətində yerləşən Cürf əs-Səxr şəhəri yaxınlığında bir neçə güclü partlayış baş verib. Həmin ərazidə proiran hərbiləşdirilmiş dəstələrin qərargahı yerləşir.
Hava hücumu nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.