BAKI, 2 mart. TELEQRAF

İtaliyanın müdafiə naziri Quido Krozettо Dubaydan Romaya hərbi təyyarə ilə qayıtdığını bildirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Dünəndən etibarən mürəkkəb vəziyyətlə məşğul olmağa davam edir, bütün zəruri texniki imkanlardan istifadə edərək İtaliyaya qayıdıram. Hərbi reyslə dönəcəyəm, lakin bundan bir saat əvvəl öz qərarımla 31-ci eskadrilyanın komandanlığına dövlət reyslərinin sərnişin tarifindən üç dəfə artıq məbləğ köçürmüşəm. Bu isə dövlət təyyarəsindən istifadə etdiyimlə bağlı mümkün ittihamların qarşısını alır”, - Krozettо qeyd edib.

Müdafiə naziri İran ətrafında yaranmış vəziyyətlə əlaqədar hava məkanının bağlanması səbəbindən Dubayda qalmalı olub. O, BƏƏ-də ailəsi ilə birlikdə olub.

Nazir paylaşımında bildirib ki, ABŞ və İsrailin hücumuna İranın cavab addımı çərçivəsində Dubayın hədəfə çevriləcəyi ssenarisini heç kim gözləmirdi.