BAKI, 24 fevral. TELEQRAF

Böyük Britaniya Ukraynaya əlavə yardım paketi ayıracaq. Paketə enerji infrastrukturunun dəstəklənməsi üçün maliyyə vəsaiti, həmçinin helikopterlərin idarə olunması üzrə təlimatçıların hazırlanması daxildir.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallıq hökumətinin rəsmi saytında yerləşdirilən bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, Böyük Britaniya Ukraynaya yeni hərbi və humanitar yardım göstərməklə dəstəyini gücləndirir.

Qeyd edək ki, bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen Kiyevə hərbi yardımın artırılmasının vacibliyini bəyan etmişdi.