BAKI, 24 fevral. TELEQRAF

Sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparıldığı və şahid qismində ifadə verməyə dəvət olunduğu məlum olub.

Qeyd edək ki, fevralın 12-də Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

G.Hacıbəyli ötən ilin noyabrın 30-da Türkiyədə saxlanılıb. Onun barəsində 5 illik deport qərarı çıxarılıb. O, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunub