BAKI, 24 fevral. TELEQRAF
Norveçin sabiq baş naziri və Avropa Şurasının keçmiş baş katibi Torbörn Yaqland intihara cəhd edib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, siyasətçi xəstəxanaya yerləşdirilib.
Məlumata görə, fevralın 12-də Yaqlanda amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə ağır korrupsiya ittihamı irəli sürülüb və onun mülklərində axtarış aparılıb. Yaqlandın toxunulmazlığının ləğvi üçün Avropa Şurasına müraciət edilib və müsbət cavab alınıb.
İstintaq materiallarında bildirilir ki, 2011-2018-ci illərdə Yaqland və ailə üzvləri Epşteynə məxsus mülklərdən istifadə ediblər, bəzi səfərlərin xərcləri isə maliyyələşdirilib. Həmçinin iddia olunur ki, Yaqland Epşteyndən bank krediti ilə bağlı yardım istəyib.
Xəstəxanaya aparılan Yaqlandın vəziyyətinin ağır olduğu bildirilir.