BAKI, 24 fevral. TELEQRAF

Böyük Britaniya Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökumətinin yenilənmiş sanksiya sənədində bildirilir.

Yeni sanksiya siyahısına "Transneft", "Fora-Bank", "Ak Bars Bank", "Absolyut Bank" və "Rosatom Enerji Layihələri" Səhmdar Cəmiyyəti daxil edilib.

Ümumilikdə sanksiyalar Rusiya ilə yanaşı, Çin və BƏƏ-ni də təmsil edən 240 şirkəti, həmçinin 7 fiziki şəxsi və 50 gəmini əhatə edir.