BAKI, 24 fevral. TELEQRAF
Finlandiya 2026-cı il Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Paralimpiya Komitəsinin sədri Sari Rautio bildirib.
Onun sözlərinə görə, ölkə idmançıları İtaliyada keçiriləcək Oyunların açılış mərasimində iştirak etməyəcəklər, çünki mərasimə milli simvollar taxan rusiyalı idmançılar dəvət olunub.
"Ukraynanın tələb etdiyi kimi, açılış mərasiminə getməməklə Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya idmançıları ilə bağlı qərarına münasibətimizi bildirmək istəyirik ", - deyə o vurğulayıb.
Fevralın 23-də Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons Rusiya idmançılarının 2026-cı il Oyunlarında milli simvollar geyinərək yarışacaqlarını açıqlayıb.
Ukrayna nümayəndə heyəti açılışı boykot edib.
Çexiya da eyni səbəbə görə, Paralimpiya Oyunlarının açılışını boykot edəcəyi bəyan edib.