BAKI, 22 fevral. TELEQRAF
Qrenlandiya ABŞ Prezidenti Donald Trampın adanın sahillərinə hospital gəmisi göndərilməsi ideyasını qəbul etməyib.
Teleqraf xəbər verir ki, bunu Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen açıqlayıb.
Nilsen bildirib ki, Qrenlandiya ABŞ-nin hospital gəmisini qəbul etmək niyyətində deyil. Onun sözlərinə görə, adada dövlət səhiyyə sistemi mövcuddur və vətəndaşlar üçün tibbi xidmət pulsuzdur.
“Bu, şüurlu seçimdir və cəmiyyətimizin fundamental hissəsidir. ABŞ-də isə vəziyyət fərqlidir, həkim qəbuluna görə ödəniş etmək lazımdır”, – deyə Qrenlandiya hökumət başçısı vurğulayıb.
Baş nazir əlavə edib ki, ada hakimiyyəti dialoq və əməkdaşlığa, o cümlədən ABŞ ilə münasibətlərə açıqdır. Lakin o, dialoq və əməkdaşlığın ölkə daxilində qəbul edilən qərarlara hörmət tələb etdiyini qeyd edib.