BAKI, 22 fevral. TELEQRAF

Avropa Parlamenti Aİ ilə ABŞ arasında 15 faizlik tariflər barədə razılaşmanın ratifikasiyasını ikinci dəfə dayandırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin Ticarət Komitəsinin sədri Bernd Lanqe açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin qərarı və ardınca Vaşinqton administrasiyasının qlobal rüsumları 10%-dən 15%-ə qaldırması ilə bağlı elan etdiyi addımlar vəziyyəti mürəkkəbləşdirib. Lanqe ABŞ-nin tarif siyasətini tarif xaosu adlandırıb.

“Daha irəli addım atmazdan əvvəl aydınlıq və hüquqi müəyyənlik lazımdır. Hüquqi qiymətləndirmə və ABŞ-dən konkret öhdəliklər alana qədər parlament işinin dayandırılmasını təklif edəcəyəm”, – deyə o bildirib.

Bu, sazişin ratifikasiyası ilə bağlı ikinci təxirəsalmadır.