BAKI, 22 fevral. TELEQRAF
"İranın obyektlərinə hücum etmək üçün hər hansı bir tərəflə gizli razılaşmaya getməmişik".
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi yayılan iddialara cavab olaraq deyib.
Qrossi Agentliyin fəaliyyətinin qərəzsiz olduğunu və heç bir ölkəyə qarşı müharibə planlarının tərkib hissəsi olmadıqlarını vurğulayıb:
"Bizim nə pis niyyətimiz olub, nə də hər hansı bir ölkəyə qarşı müharibəyə başlamaq üçün kiminləsə əlbir olmuşuq. Bu, hər baxımdan tamamilə məntiqsizdir. Agentlik həmişə son dərəcə bitərəf mövqe sərgiləyib. Həqiqət ondan ibarətdir ki, biz sadəcə olaraq tam mənzərəni təsvir edirdik".