BAKI, 21 fevral. TELEQRAF

İsrail Livanda "Hizbullah"ın mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hizbullah"ın üç qərargahına endirilən zərbələr nəticəsində hərəkatın raket bölmələrinin bir neçə üzvü zərərsizləşdirilib.

Məlumata görə, hücum nəticəsində "Hizbullah"ın azı 12 üzvü həlak olub, 37 nəfər yaralanıb.

"İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən hər hansı möhkəmlənmə və silahlanma cəhdlərinə qarşı tədbirlər görməyə davam edəcək və İsrail vətəndaşlarına qarşı istənilən təhlükənin aradan qaldırılması üçün qətiyyətlə hərəkət edəcək", - Müdafiə Nazirliyindən bildirilib.