BAKI, 22 fevral. TELEQRAF
Almaniya kansleri Fridrix Merz ABŞ-nin rüsumları 15 faizə qaldırmasından sonra Vaşinqtona Avropa İttifaqının razılaşdırılmış vahid mövqeyi ilə səfər edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri XDS konfransından sonra ARD telekanalına müsahibəsində danışıb.
Merz deyib ki, Avropa İttifaqı çərçivəsində fəaliyyətlər koordinasiya olunacaq və məsələ ilə bağlı aydın Avropa mövqeyi formalaşdırılacaq. Onun sözlərinə görə, ticarət siyasəti ayrı-ayrı üzv dövlətlərin deyil, məhz Aİ-nin səlahiyyətinə daxildir.
"Die Zeit" yazır ki, görüş bir həftədən sonra baş tuta bilər.