BAKI, 22 fevral. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Teleqraf xəbər verir ki, “Sent-Ceyms Park”da keçiriləcək görüş italiyalı FIFA referisi Devid Massaya tapşırılıb.
Ona həmyerlisi Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək.
VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (Almaniya) olacaq.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Tərəflər arasında Bakıda baş tutan qarşılaşma İngiltərə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.