BAKI, 22 fevral. TELEQRAF

Rusiya diplomatik mübarizədə milli maraqlarını qorumaqda davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

ABŞ tərəfi ilə dialoq faktlarının və Avropa ölkələrinin Rusiya ilə dialoqun zəruriliyi barədə bəyanatlar səsləndirmək cəhdlərinin Rusiyanın öz maraqlarını layiqincə qoruya bildiyini göstərib-göstərməməsi ilə bağlı sualı cavablandıran diplomat bildirib:

"Məncə, bunlar iki fərqli məsələ, iki fərqli mövzudur. Çünki dünyanın bu və ya digər hissəsindəki bəzi bədxahlarımızın bundan necə qıcıqlanmasından asılı olmayaraq, biz milli maraqlarımızı müdafiə edirik".

XİN rəsmisi qeyd edib ki, Rusiya bütün vəziyyətlərdə, o cümlədən tərəfdaşları ilə təmaslarda belə öz maraqlarından çıxış edir:

"Dostlarımızla ünsiyyət qurarkən də öz maraqlarımızı qoruyuruq. Mübahisəli məsələlər üzrə danışıqlar aparanda da maraqlarımızı müdafiə edirik. O cümlədən diplomatik mübarizə apararaq mövqeyimizi təlqin edəndə də öz mövqelərimizi qoruyuruq", - deyə M.Zaxarova əlavə edib.