BAKI, 21 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə avropalı tərəfdaşlarla görüşlər keçirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Kiyev Avropanın bütün proseslərdə iştirak etməsinin tərəfdarıdır.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla Yaxın Şərqdəki və Türkiyədəki dostlarımızla daha çox işləməyi tapşırdım. Onlar özlərini proseslərə cəlb olunmuş hiss etməlidirlər ki, daha çox kömək edə bilsinlər" - Zelenski bildirib.