BAKI, 21 fevral. TELEQRAF
Polşa 2025-ci ildə ukraynalı qaçqınları dəstəkləmək üçün 7,93 milyard zlotı (2,21 milyard dollardan çox) xərcləyib.
Teleqraf xəbər verir ki, bu vəsait sosial müavinətlər, səhiyyə, təhsil və ukraynalıların Polşada qalması üçün ayrılıb. Xərclərin ən böyük hissəsi sosial və ailə müavinətlərinə, eləcə də qaçqınlara tibbi yardıma yönəldilib. Dövlət sığorta agentliyi vasitəsilə ödənişlər də əhəmiyyətli həddə olub.
Fevralın 19-da Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan qaçqınlara xüsusi status və güzəştlərin verilməsini dayandıran qanun imzalayıb. Sənədə əsasən, Polşa hakimiyyəti Ukrayna vətəndaşlarının pulsuz səhiyyə və mənzil güzəştlərindən istifadəsini rədd edəcək. Respublikada tibbi müalicə alan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri üçün istisna tətbiq olunacaq.