BAKI, 21 fevral. TELEQRAF

GƏNCƏ, 21 fevral. TELEQRAF

Gəncədə futbol oynayarkən vəfat edən tələbə, 19 yaşlı Təbriz Nuriyev Quba rayonundandır.

Teleqraf xəbər verir ki, o, Aqronomluq fakültəsinin ikinci kurs tələbəsidir.

Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Mərhumun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

***

21:05

Gəncədə universitet tələbəsi vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.

Hazırda tələbənin şəxsiyyəti dəqiqləşdirilir. Onun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğu ehtimal olunur.