BAKI, 21 fevral. TELEQRAF

Fransanın Baş naziri Sebastyan Lekornu hökumətin yenidən qurulmasını təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti baş nazirə yaxın mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Lekornu sağçı Milli Yürüş partiyasının Fransa Milli Assambleyasında təqdim etmək niyyətində olduğu etimadsızlıq təklifi səbəbindən kabinetin yenilənməsi planlarından müvəqqəti olaraq imtina edib.

Yanvarın 27-də Fransa millət vəkilləri Lekornu hökumətinə qarşı daha bir etimadsızlıq səsverməsini rədd edibər. Bu, kabineti istefaya məcbur etmək üçün yeddinci cəhd idi. İkinci səsvermədə 267 parlament üzvü lehinə səs verdi. Qətnamənin qəbul edilməsi üçün 577 səsdən 289-u lazım idi.

Ötən il oktyabrın 11- də Fransa Prezidenti Emmanuel Makron istefasından bir neçə gün sonra Lekornu yenidən baş nazir təyin edib. O, siyasi böhranı aradan qaldırmaq üçün bu vəzifəni qəbul etdiyini bildirib. O, təyinatından bir ay sonra partiyadan istefa verib.