BAKI, 20 fevral. TELEQRAF

Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan qaçqınlar üçün xüsusi status və güzəştlərin verilməsinə son qoyan qanun imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa liderinin mətbuat katibi Rafal Leskieviç X sosial media platformasında məlumat verib.

Sənədə əsasən, Polşa hakimiyyəti Ukrayna vətəndaşlarının pulsuz səhiyyə və mənzil müavinətlərindən istifadəsini qadağan edəcək.

Polşada ukraynalı qaçqınlara qarşı narazılıq artıb. Sorğulara əsasən, polyakların 45%-i ukraynalı qaçqınların ölkəyə qəbul eedilməsinə qarşıdır.