Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük tam sükut vacibdir.
Teleqraf xəbər verir ki, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko bildirib.
O, bir günlük atəşkəsin kifayət etməyəcəyini qeyd edib.
Kornienko vurğulayıb ki, seçkilər — seçki prosesinin əvvəlindən səslərin sayılmasına qədər — sakit keçirilməlidir.
14 fevralda Ukrayna lideri Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında prezident seçkilərini yalnız iki aylıq atəşkəs dönəmində keçirilə biləcəyini qeyd edib.