BAKI, 17 fevral. TELEQRAF
Peru Parlamenti Prezident Xose Jeriyə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi və onun vəzifədən uzaqlaşdırılması təklifini qəbul edib.
Teleqraf xəbər verir ki, parlamentin 71 üzvü təklifin nəzərdən keçirilməsinin lehinə, 18 deputat əleyhinə səs verib, dörd qanunverici isə bitərəf qalıb.
Prezidentin istefası onun çinli sahibkarlarla cədvəldən kənar görüşləri səbəbindən tələb olunur.
Etimadsızlıq səsverməsinin keçirilməsi üçün 130 yerlik Konqresdə sadə səs çoxluğu tələb olunur.