BAKI, 17 fevral. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan ev dustaqlığına buraxılıb.

Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərlə bağlı qərar verib.

Qərara əsasən, onların barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı ilə əvəz olunub.

Qeyd edək ki, Qevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan noyabrın 3-də həbs olunublar.