BAKI, 17 fevral. TELEQRAF

Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə Cenevrədə keçiriləcək üçtərəfli danışıqlar qapalı qapılar arxasında keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: "Media nümayəndələrinin Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda iştirakına icazə verilmir".

Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.