BAKI, 16 fevral. TELEQRAF
Ukraynanın keçmiş energetika naziri Herman Qaluşenkonun həbsi ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskini sülh müqaviləsinin qəbuluna məcbur etmək siyasətinin bir hissəsi ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" agentliyi məlumat yayıb.
Müəllifin fikrincə, keçmiş nazirin saxlanılması əmri ABŞ-dən gəlib..
Nəşr qeyd edir ki, Qaluşçenko Cenevrədə Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqların yeni mərhələsi ərəfəsində, eləcə də Zelenskinin Münxen konfransındakı çıxışlarından sonra geri çağırılıb. O, Donbas məsələsində güzəştləri rədd edib.
Qaluşçenko 2021-ci ildən 2025-ci ilə qədər energetika naziri vəzifəsində çalışıb. O, enerji sektorundakı korrupsiya hallarına görə vəzifəsindən azad edilib. Ali Radanın 323 üzvü Qaluşççenkonun vəzifədən azad edilməsinin lehinə səs verib .